SON XƏBƏR

Beynəlxalq Antidopinq Agentliyi Azərbaycana vaxt qoyub

Oktyabr 20
11:18 2016
BBC-nin yaydığı məlumata görə, Azərbaycan, Qvatemala, Braziliya, Yunanıstan və İndoneziya Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara «tabe olmayan» ölkələr siyahısına salına bilər.
 
«BBC-Sport» yazır ki, Azərbaycanla Qvatemala dopinq əleyhinə yoxlama proqramlarında nöqsanlarına görə ittihamlarla üzləşib.
 
WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etmək üçün bu ölkələrin hamısına noyabrın 10-a qədər vaxt verilib. Həmin vaxtadək gərəkən tədbirlər görməsələr, onları «tabe olmayan» ölkələr sırasına aid edəcəklər. Bu barədə qərar noyabrın 19-da, WADA-nın Qlazqo toplantısında veriləcək.

Bir müddət əvvəl Azərbaycan idmançılarında dopinq tapılanda, WADAxəbərdarlıq etmişdi ki, bu ölkənin qurumun tələblərinə əməl etməməsinə dair qərar çıxarıla bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook