SON XƏBƏR

"Beynəlxalq Bank"-da nə baş verir? Şirkətlər 1,5 milyard manat əmanəti geri çəkib

Yanvar 12
13:05 2024
"Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ildə 2,6% kiçilib. 

Valyuta.az bu barədə bankın maliyyə hesabatlarına istinadən xəbər verir. Belə ki, dövlət bankının aktivləri ötən il aktivləri 370,6 milyon manat azalaraq 13,668 mlrd. manata enib. 

2022-ci ildə bankın aktivləri 14,038 mlrd. manata bərabər olub. 

Bankın öhdəlikləri isə 4,4% və ya 548 milyon manat azalaraq 11,858 milyard manata enib. 

Bu isə əsasən bankın ümumi depozit portfelinin kiçilməsi ilə bağlıdır. ABB-nin depozit portfeli 2023-cü ildə 11,5% və ya 1,23 milyard manat azalaraq 9,396 milyard manata enib. 

Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 13% artaraq 2,154 milyard manata bərabər olub. Hüquqi şəxslərin əmanət portfelində isə əksinə azalma müşahidə edilib. Belə ki, ötən il şirkətlər ABB-dən 1,473 milyard manat həcmində əmanəti geri çəkib. Bankın sözügedən əmanət portfeli nəticədə 7,241 milyard manata kimi azalıb. Halbuki, 2022-ci ildə bu rəqəm 8,715 milyard manat təşkil etmişdi. 

ABB həmçinin ötən il  Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 78,8 milyon manatlıq öhdəliklərini sıfıra endirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook