SON XƏBƏR

"Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı hökumətdir" - Qubad İbadoğlu

Dekabr 09
14:35 2016
Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında söhbətlər yenə də aktuallaşır. Bu dəfə ABB-nin vəzifəsindən uzaqlaşdırılmış yeni rəhbəri qara bazara valyuta ötürməkdə günahlandırılır. 
 
İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a ABB ətrafında baş verənlərdən danışarkən bildirdi ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtında aparmayan hökumətdir:

"Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları alan Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında bitməyən söhbətlər ABB dövlət mülkiyyətində qalanadək davam edəcək. ABB-nin özəllədirilməsi ilə bağlı müzakirələr 2000-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə başlasa da hələ də bu istiqamətdə iş getmir. Əgər Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi nə dövlət 7 milyard manat və 1 milyard dollar əlavə xərcə düşər, nə də bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilməzdilər. Çünki, bank özəl olanda oğurlanan dövlətin deyil, onun idarəçiliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur".
 
Ekspert bildirib ki, özəl bankların səhmdarları belə halların qarşısını vaxtında almaq üçün xeyli rıçaqlara malikdir, bu isə Beynəlxalq Bankda olduğu kimi uzunmüddətli dövrdə dəhşətli dərəcədə böyük korrupsiyalara yol açmır:
 
"Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtnda aparmayan hökumətdir. Elə məhz bu səbəbdən də hətta indi də ABB-nin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri "qara bazar"a valyuta ötürməkdə ittiham olunur. Onun da başlıca səbəbi bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır. Hesab edirəm ki, gələn ildən ABB və Azərtürkbank özəlləşdirməyə hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmalıdır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investorların sərbəst iştirakına şərait yaradılmalıdır".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook