Beynəlxalq festivalda “Leyli və Məcnun” operası nümayiş olunacaq
Sentyabr 14
14:00
2021
Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası nümayiş olunacaq.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Təyyar Bayramov deyib. Onun sözlərinə görə, tamaşa 18-24 sentyabr tarixində ənənəvi "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində təqdim olunacaq:
"Musiqi günü ilə bağlı festivala hazırlıqlar gedir. Tədbirdən məlumatlıyam. Festival çərçivəsində gündəmdə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operasının tamaşası var. Mən də Məcnunun atası rolunda çıxış edəcəm”.
O bildirib ki, məcnun rolu Əməkdar artist Elnur Zeynalov, Leyli rolunu isə müsabiqə qalibi Rəvanə Əmiraslanlı canlandıracaq.