“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib
Yanvar 30
09:37
2017
"Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov vəzifəsindən azad edilib.
"Report”un əldə etdiyi məlumata görə, onun yerinə İlham Musayav təyin edilib.
E.Əhmədov isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İH sədrinin müşaviri vəzifəsinə gətirilib.
Xatırladaq ki, "Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə reberendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır.
Şirkətin səhmləri 100% ABB-yə məxsusdur.