SON XƏBƏR

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda 3,3% inflyasiya olacaq

Aprel 27
10:14 2020
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda 2,2% iqtisadi geriləmə gözləyir.
 
"Report” xəbər verir ki, bu barədə qurumun Mərkəzi Şərq və Asiya ölkələri üçün hazırladığı "Regional Economic Outlook” hesabatının aprel sayında bildirilir.
IMF gələn il isə 0,7% iqtisadi artım proqnozlaşdırır.

Bundan başqa, Fond bu il ölkəmizdə istehlak qiymətləri indeksiunun 3,3%, gələn il isə 3,2% olacağını bəyan edib.

IMF 2020-ci ildə Azərbaycanın fiskal balansının ümumi daxili məhsula (ÜDM) nisbətinin 12,8%, 2021-ci ildə 9,7% azalacağını gözləyir. Qurumun cari hesab balansının ÜDM-ə nisbətinin azalması ilə bağlı proqnozları isə müvafiq olaraq 8,2% və 3,7%-dir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook