SON XƏBƏR

Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gələcək

Fevral 07
15:16 2017
Mart ayının əvvəlində Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirmə missiyasının Azərbaycana səfəri gözlənilir.

"Report”un əldə etdiyi məlumata görə, missiya Azərbaycan iqtisadiyyatı ilə bağlı icmal-hesabat hazırlayacaq.

Səfər çərçivəsində IMF rəsmilərinin Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşməsi də planlaşdırılır: "IMF-in Azərbaycana missiyasının səfərinin vaxtı dəqiqləşdirilir. Missiya Azərbaycana iqtisadiyyatda baş verən son prosesləri hökumətlə müzakirə etmək üçün gəlir”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook