SON XƏBƏR

Bəzi ərzaqlar ucuzlaşdı

Aprel 20
10:18 2017
Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir

Azərbaycanın aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb. 

Şirkətlər Qrupu tərəfindən istehsal olunan "Zolotoye solnişko", "Final", "Möcüzə", " Zoluşka" , "Evim" markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %,

"Zoluşka" "Kulinarka" ve "Krestyanskoye" markalı spred yağlarına, "Zeytun bağları" markalı zeytun yağına 5 %,

"Aura", "Evim" markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %,

"Calve" , "Knorr" ve "Hellmans" markalı müxtəlif souslara 13-35 %,

Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilib.

Qeyd edək ki, "Azərsun Holdinq" bir müddət əvvəl şəkər tozunun qiymətini 5 %, yəni hər tona görə 60 manat aşağı salmışdı. (musavat.com)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook