BÖHRAN BAŞ BANKİRİN HOLDİNQİNİ DƏ “VURDU”- Kütləvi ixtisarlar aparılıb, maaşlar azaldılıb
Oktyabr 07
00:41
2016
Broyler toyuq istehsalı ilə tanınan «Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu barədə şirkətin adının çəkilməsini istəməyən əmakdaşı "Turan”-a bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır.
"SƏBA” ticarət nişanı hazırda "Dəvəçi Broyler” ASC, "Biləsuvar Aqro” MMC və "Qarabağ Taxıl” MMC, "Baku Food Company” MMC və " Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.
Bununla belə, istiqlal.az-ın məlumatına görə, mediada yayılan və hələ də təkzib olunmayan məlumatlara görə bankın gerçək sahibi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.
Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.
Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov dəfələrlə edilən zənglərinə cavab verməyib.
Sentyabrda KİV «Səba» ASC-də gözlənilən ixtisarlar barədə yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.
"SƏBA” ticarət nişanı hazırda "Dəvəçi Broyler” ASC, "Biləsuvar Aqro” MMC və "Qarabağ Taxıl” MMC, "Baku Food Company” MMC və " Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.
Holdinqin təsisçiləri Baku Investment company, MMC (37%) Azərbaycan İnvestisiya Şirkəti ASC (25%) və 10 nəfər fiziki şəxs. Holdinqin əsas donoru Bank Respublikadır.
Bank Respublika Quliyevlər ailəsinə məxsusdur. Bankın səhmdarlar strukturu belədir. Səhmlərin 16,7%-i Almaniyanın "DEG” investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust” şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.
Bununla belə, istiqlal.az-ın məlumatına görə, mediada yayılan və hələ də təkzib olunmayan məlumatlara görə bankın gerçək sahibi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.
Qeyd edək ki, maliyyə böhranı bu banka da ciddi təsir göstərib. "Bank Respublika” ASC-nin işçilərinin sayı 2015-ci ildə 61 nəfər azalaraq 696-dan 635-ə düşüb. Bu barədə Bankın ötən ilin yekunu ilə bağlı hesabatda bildirilir.
Hesabat əsasən, "Bank Respublika”da ilin ilk rübündə işçilərin sayı dəyişməyib. II rübdə 18 nəfər Bankı tərk edib və işçilərin sayı 678-ə enib. III rübdə 8 nəfər "Bank Respublika”ya işə qəbul olunub. Manatın təkrar devalvasiyasının baş verdiyi IV rübdə isə Bank 51 nəfəri işdən çıxarıb.
Görünən budur ki, maliyyə böhranı baş bankirin himayə etdiyi nəhəng holdinqi də çökdürməkdədir.
Qlobal.az