Bibiheybət yolunu inşa edən oliqarx idarə müdiri cəzalandırılacaqmı? - FOTOLAR
Noyabr 25
22:33
2019
Ötən gün paytaxta Bibiheybət istqamətindən gələn yol çöküb.
Hadisə yerinə başda Nazirlər Kabinetinin sədri olmaqla yüksək vəzifəli şəxslər gedib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin mətbuata verdiyi açıqlamaya görə yolun çökən hissəsi 100 metr ərazini əhatə edir: "Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".
Problemin aradan nə zaman qaldırılacağına toxunan qurum sözçüsü hazırda AAYDA əməkdaşlarının ərazidə araşdırma apardığını, təmir-bərpa işləri bir neçə ay çəkəcəyini qeyd edib.
Qlobal.az xəbər verir ki, iqtisadçı ekspert, jurnalist Qadir İbrahimli hadisə barədə feysbuk səhifəsində maraqlı xəbər paylaşıb. Belə ki, Q. İbrahimlinin yazdığına görə sözügedən ərazidə yol tikinti və bərkitmə işlərini "Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib: "O vaxt iş icraçısı tikintini standartlara uyğun apardığına görə Kazımovun qəzəbinə tuş gəlib. Söhbətin şahidlərinin sözlərinə görə, Kazımov gənc iş icraçısına deyib ki, bəs gələn il barmaq sovuracağıq? Yəni keyfiyyətsiz təmir edin ki, hər il "təmir" adıyla pullar silinsin. Bu cinayət əməlidir və Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Qeyd edək ki, mətbuatda Xəqani Kazımovun rəhbərlik etdiyi idarənin apardığı yol tikinti işlərinin keyfiyyətsiz olması barədə zaman-zaman yazılıb. Həmin yazılarda X. Kazımovun övladlarının dəyəri yüz min dollarlarla ölçülən bahalı avtomobil kolleksiyasına sahib olduğu da iddia olunub.
Xatırladaq ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri cari ilin mart ayında bitib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu barədə yaydığı məlumatda deyilirdi: "İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub/m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv/m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv/m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib".

Qlobal.az
Xəqani Kazımovun övladlarına aid olduğu iddia olunan avtomobillər