Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinin arxasında nə dayanır? - ARAŞDIRMA
Oktyabr 11
11:27
2023
Binəqədi və Abşeron rayonlarının müəyyən torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
-kənd təsərrüfatı təyinatlı torpaqlar;
-yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
-xüsusi qorunan ərazilərin torpaqları;
-meşə fondu torpaqları;
-su fondu torpaqları;
Məcəlləyə görə, sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır.
Bu məsələ "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Bəs, bu dəyişikliyin səbəbi nədir?
Məsələni Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, bu gün ölkəmizin böyük şəhərlərində çox mühüm dövlət layihələri həyata keçirilir:
"Həmin ərazilərdə tikinti, abadlıq, bərpa işləri sürətlənir və əhalinin rifah halının yaxşılaşdırılması üçün yeni proqramlar həyata vəsiqə alır. Belə olan halda iri şəhərlərin ərazilərinin genişləndirilməsi, orada aparılan işlərin səmərəliliyinin artırılması üçün torpaq sahələrinin ayrılması çox vacibdir".
"Sumqayıtda yeni müəssisələr, yeni şirkətlər yaradılır"
Deputat bildirib ki, Sumqayıt son illər sürətlə inkişaf edən şəhərdir, əhalinin sayı xeyli artır və bu gün demək olar ki, Sumqayıt və Bakı birləşmək, qovuşmaq ərəfəsindədir:
"Çox sürətli tikinti və abadlıq işləri aparılır və həmin ərazidə yeni müəssisələr, yeni şirkətlər yaradılır. Məhz bu məqsədlə Abşeron və Binəqədi ərazilərindən 3800 hektar torpaq sahəsinin Sumqayıta verilməsi məqsədəuyğun hesab edilib".
Deputatın fikrincə, bu, dövlət əhəmiyyətli bir hadisədir və Sumqayıtın daha da böyüməsinə, əhalinin daha mənalı həyatının qurulmasına şərait yaradacaq.
"Ona görə də belə tədbirlər mütəmadi keçirilir, ərazisi az olan rayonlara əlavə torpaq sahələrinin ayrılması zərurətə çevrilir və bu da qanunauyğun bir haldır. Bu addım əhalinin ürəyincədir" -, deyə deputat əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
İclasda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən və Abşeron rayonunun inzibati ərazisində yerləşən müəyyən torpaq sahələrinin Sumqayıt şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.
İclasda millət vəkilləri son illər Sumqayıt şəhərinin daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını, təqdim olunan sənədin məqsədəmüvafiq olduğunu deyiblər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Millət vəkili Emin Hacıyev mediaya açıqlamasında deyib ki, Abşeron və Binəqədi rayonlarında əsasən təyinatı üzrə istifadə olunmayan torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə daxil ediləcək. Bunlar daha çox sovxoz təsərrüfatlarının torpaqlarıdır. Eyni zamanda burada sənaye təyinatlı torpaqlar da var.
Xatırladaq ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycanın torpaqları aşağıdakı kateqoriyalara bölünür:
-yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
-xüsusi qorunan ərazilərin torpaqları;
-meşə fondu torpaqları;
-su fondu torpaqları;
-ehtiyat fondu torpaqları.