Bir ay sonra gömrükdə böyük bir islahat gözlənilir (RƏSMİ)
Aprel 30
12:26
2019
"1 aydan sonra gömrük sahəsində böyük bir islahat gözlənilir”.
Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib. O bildirib ki, islahatların birinci mərhələsi demək olar ki, həyata keçirilib: "İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”. Sədr müavini həmçinin çıxışında "Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə də toxunub.