SON XƏBƏR

Bir ildə 39 milyonluq xalis zərər: - Yelo Bankda nə baş verir?

Fevral 03
13:36 2021
2021-ci ilin yanvar ayından etibarən Yelo Bankın İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başlamış Anar Həsənov 325 milyon 120 min manat yığılmış zərəri olan Bankın "sükanı” arxasına keçib.

"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Yelo Bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2019-cu ili 68,7 min manat xalis mənfəət ilə bağlamışdı.

Yelo Bank 2020-ci ilin 9 ayını 23 milyon 192 min manat xalis zərər ilə bağlamışdı. 2020-ci ilin 4-cü rübündə Bankın xalis zərəri 16 milyon 556 min manat təşkil edib.

Yelo Bankın faiz gəlirləri 2019-cu ildə 57 milyon 672 min manat ikən, 2020-ci ildə 53 milyon 538 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 38 min manatdan 3 milyon 783 min manata geriləyib.

Ötən il Yelo Bankın cəmi gəlirləri 57 milyon 321 min manat, cəmi xərcləri isə 59 milyon 767 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 2 milyon 446 min manat əməliyyat zərəri yaranıb. Yelo Bank, problemli ola biləcək kreditlərinə görə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 37 milyon 303 min manat ayırdığından ötən ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurub.

Bankın əsas sahibi azərbaycanlı milyarder Vahid Ələkbərov Banka maya qoysa da sərmayəsi "əriyir”. Ötən ilin 39 milyon 748 min manat zərəri ilə Yelo Bankın yığılmış zərəri 325 milyon 120 min manata çatıb və 378 milyon olan manat nizamnamə kapitalından zərər qədər silinib (52 milyon 880 min manat qalıb) Bank 2020-ci ilin sonunda 53 milyon 805 min manat məcmu kapitala malik olub.

2020-ci ilin sonunda 390 milyon 923 min manat cəmi aktivlərə malik olub, aktivlərin 308 milyon 338 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 484 milyon 727 min manat, müştərilərə verilmiş kreditlər 304 milyon 348 min manat təşkil etmişdi.

Ötən il Yelo Bankda depozitər 79 milyon 87 min manat azlaraq 235 milyon 158 min manata düşüb. /



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook