SON XƏBƏR

“Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq" - Türkiyə XİN başçısı

İyun 15
15:13 2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Türkiyə ilə Azərbaycan köklü dostluq və sarsılmaz qardaşlıq telləri ilə bir-birinə bağlanan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş bu birlik bundan sonra da regionumuzda sülhün və sabitliyin təminatı olacaq. Ümid edirəm ki, "Bir millət, iki dövlət” devizi ilə sevgimiz, qardaşlığımız əbədi qalacaq", - paylaşımda qeyd edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook