"Bir sıra Qərb ölkələri Ukrayna məsələsini müzakirə etmək üçün bizə siqnallar göndərib" - Lavrov
Dekabr 15
15:20
2023
Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra Qərb ölkələrinin liderlərinin Ukrayna məsələsini və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün görüşmək təklifləri ilə Moskvaya dəfələrlə siqnallar göndərdiyini bildirib.
S. Lavrovun sözlərinə görə, Qərbin Ukraynada başlatdığı müharibənin dalana dirəndiyini anlamağın vaxtı çatıb: "ABŞ və Avropa ölkələri artıq ümidlərini doğrultmayan Kiyev üçün pul tapmaqda çətinliklər yaşayır. Ukrayna açıq şəkildə ümidləri doğrultmadı”.