SON XƏBƏR

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan ilə ticari-iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Aprel 13
17:44 2017
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri bildirib ki, BƏƏ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mövcud səviyyəsi iki ölkənin fəxr etdiyi həqiqi potensialı əks etdirmir.
 
Nazir bunu Birləşmiş Ərəb Əmirlikləri Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın aprelin 20-də Əbu-Dabidə keçiriləcək 6-cı iclası ərəfəsində bəyan edib.
 
Gözlənildiyinə görə, BƏƏ-nin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsurinin və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə keçiriləcək iclasda
əsasən turizm, energetika, ətraf mühit və təbii ehtiyatlar sahəsində əməkdaşlığı möhkəmləndirmək yolları müzakirə ediləcək.
 
Görüşə iki ölkənin hökumət nümayəndələri və iş adamları toplaşacaqlar.
 
S.S. Əl-Mənsuri deyib: "Komissiyanın iclası ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək və iki ölkə arasında investisiyaları və ticarət mübadiləsini hər iki dövlətin başçısının ümidlərini doğruldacaq şəkildə genişləndirmək üçün yaxşı platformadır”. O əlavə edib ki, BƏƏ ilə Azərbaycan arasında qeyri-neft sektorunda ticarət mübadiləsinin həcmi 2015-ci ilin sonuna doğru 605 milyon ABŞ dollarına çatsa da, bu göstərici iki ölkənin əməkdaşlıq imkanlarını və potensialını əks etdirmir. Nazirin sözlərinə görə, ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək məqsədi ilə mövcud imkan və ehtiyatlardan istifadə etmək üçün daha çox səy göstərmək lazımdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook