Bişkekdə 28 May–Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
May 27
13:56
2024
Bişkekin "Novotel” mehmanxanasında Azərbacanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.
Mərasimdə Qırğız Respubkikasının hökumət və dövlət rəsmiləri, bu ölkədə akreditə olunmuş diplomatik korpus nümayəndəliklərinin rəhbərləri və heyət üzvləri, habelə Azərbaycan və Türkiyə diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak ediblər.
Bundan əlavə, Azərbaycan ilə Qırğızıstan arasında çoxtərəfli münasibətlərdən danışan nazir J.Kulubayev, beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edildiyini, mövqelərimizin yaxın olduğunu, bir çox hallarda isə üst-üstə düşdüyünü və məhz bu baxımdan bir-birimizə qarşılıqlı dəstəyin verildiyini diqqətə çatdırıb.
Səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, müsəlman şərqində ilk demokratik, dünyəvi Respublika 106 il əvvəl Azərbaycanda yaranıb, Xalq Cümhuriyyətinin cəmi iki il yaşamasına baxmayaraq, bu tarixi hadisə dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Belə ki, Azərbaycan xalqının çoxəsirlik tarixində müstəqillik və dövlətçilik arzuları gerçəkləşib. Bu müddət ərzində ilk dəfə olaraq demokratik əsaslarda parlament, ordu, bank, milli universitet yaranıb, qabaqcıl Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilib. 1919-cu ildə "Paris konfransı”nda isə Millətlər Liqası tərəfindən Azərbaycan Demokratik Respublikasının tanınmasına nail olunub.
Tədbirə əsas qonaq qismində qatılan Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Azərbaycanın xalqını milli bayram münasibətilə təbrik edərək, ən xoş arzularını bildirib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixə malik olduğunu qeyd edən nazir, hazırda iki ölkə arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulayıb.
Bununla yanaşı, nazir Azərbaycanın sürətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın bu uğurlara sevindiyini dilə gətirib. Bu mənada o, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinin böyük bir tarixi hadisə olduğunu diqqətə çatdırb.
Daha sonra nazir, ikitərəfli münasibətlərin son üç ildə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək, Qırğız Prezidentinin bu ilin aprel ayında Azərbaycana iki günlük dövlət səfərinə toxunub, səfərin tarixi xarakter daşıdığını, yüksək səviyyədə keçdiyini, ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çoxlu sayda sazişlərin imzalandığını söyləyib.
Səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, müsəlman şərqində ilk demokratik, dünyəvi Respublika 106 il əvvəl Azərbaycanda yaranıb, Xalq Cümhuriyyətinin cəmi iki il yaşamasına baxmayaraq, bu tarixi hadisə dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Belə ki, Azərbaycan xalqının çoxəsirlik tarixində müstəqillik və dövlətçilik arzuları gerçəkləşib. Bu müddət ərzində ilk dəfə olaraq demokratik əsaslarda parlament, ordu, bank, milli universitet yaranıb, qabaqcıl Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilib. 1919-cu ildə "Paris konfransı”nda isə Millətlər Liqası tərəfindən Azərbaycan Demokratik Respublikasının tanınmasına nail olunub.
XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçərək, özünü təmin edən müasir güclü və nüfuzlu dövlətlərdən birinə çevrilib.
Lakin XX əsrin əvvəlində olduğu kimi, yenidən Ermənistan tərəfindən etnik təmizləmə, torpaq iddiaları ilə qarşılaşaraq işğala məruz qalıb. Nəticədə Ermənistanda yaşayan üç yüz min soydaşımız öz evlərindən və torpaqlarından didərgin düşüb. Bundan başqa, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edilərək, 1 milyon Azərbaycanlı öz torpağında qaçqına çevrilib. BMT-nin dörd qətnaməsinin uzun illər icra edilməməsi ilə qarşılaşan Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev ətrafında sıx birləşərək, güclü ordu yaratmış, 2020-ci ildə 44 günlük müharibə ərzində öz ərazilərini azad etmiş, suverenliyini və torpaq bütünlüyünü bərpa etmişdir.
İşğalla üzləşməyimizə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atılıb. Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan bu gün dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilib. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və güclü ordunun yaradılmasına əsas verib.
Səfir qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 400-dən çox azərbaycanlı minaya düşərək həlak olub. İşğal nəticəsində şəhərlərimiz və kəndlərimiz tamamilə dağıdılıb. Hazırda qaçqınlarımızı öz evlərinə qaytarmaqdan ötrü bütün ölkəmiz öz imkanlarını səfərbər edərək, tikinti və quruculuq işi ilə məşğuldur. Səfir bildirib ki, bu proseslərdə Azərbaycan yalnız öz qüvvəsinə və imkanlarına arxayındır, dünyanın heç bir ölkəsi tərəfindən bu məsələ ilə bağlı maliyyə yardımı göstərilmir: "Biz öz problemlərimiz ilə üz-üzəyik. Məhz bu da ikili standartların digər bir nümunəsidir. Biz torpaqlarımızda sülhün olmasını, ərazilərimizdə bol məhsul yetişdirilməsini, ağacların çiməklənməsini, torpaqlarımızdan mina deyil,məhsul yığılmasını arzu edirik”.
Səfir söyləyib ki, keçən 30-32 il ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olub, lakin mövcud ikili standartlar buna yol verməyib. İndi isə Azərbaycanın təşəbbüsü ilə ikitərəfli əsasda danışıqlar prosesi davam edir, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlanılılıb. Azərbaycan həmişə Ulu Öndərin "Sülh və dinc Qafqaz” təşəbbüsünə sadiqdir.
Azərbaycanın son 20 il ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən danışan L.Qəndilov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsini öz üzərinə götürdüyünü, tədbirin başlanmasına bir ildən az vaxt qalmasına baxmayaraq, ölkəmizdə professionallıq baxımından görülən ciddi işlərə dair ətraflı məlumat verilib.
Qırğızıstanla ikitərəfli münasibətlərə toxunan L.Qəndilov, 2024-cü ilin aprel ayında Prezident Sadır Japarovun Azərbaycana səfərinə toxunaraq, görüşlər zamanı əldə olunan razılaşmalar nəticəsində ölkələrimiz arasında mövcud münasibətlərin yeni mərhələyə – demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. O bildirib ki, hazırda real iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun büdcəsi 25 milyondan 100 milyon ABŞ dollarına qədər artırılıb.
Ziyafət zamanı Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə, "Ləzginka” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri, Manas Universitetinin musiqiçilərinin ifasında canlı olaraq "Çırpınırdı Qara Dəniz” və digər milli mahnılar, simfonik kvintetin ifasında isə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin musiqiləri səsləndirilib.