SON XƏBƏR

Bitərəf deputatlar seçki ilə bağlı qərar verdi - Geri çəkilən var

İyul 19
09:54 2024
Milli Məclisin bir sıra müstəqil deputatları sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar qəbul ediblər.

Modern.az-ın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərini açıqlamasından sonra müstəqil deputatlar da qərarlarını veriblər.

Yazıçı, Əməkdar jurnalist Aqil Abbas 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən namizəd olacaq. O, bundan əvvəl də Ağcabədi-Füzuli seçkidə dairəsindən deputat seçilib. İndiyədək 4 dəfə deputat seçilən Aqil Abbas beşinci dəfə namizədliyini irəli sürəcək.

Azər Kərimli də seçkilərdə iştirak etmək qərarı verib. O, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Azər Kərimli indiyədək 5 dəfə Qaxdan deputat seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev 28 saylı Sabunçu Üçüncü seçki dairəsindən namizəd olacaq. II, III, IV, V və VI çağırışda depuat olan Eldar Quliyev Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir.

4 dəfə deputat seçilən Rüfət Quliyev isə bu dəfə namizəd olmayacaq. O, sonuncu dəfə 73 saylı Lənkəran şəhər seçki dairəsindən mandat qazanıb.

Xanım deputatlardan Nigar Arpadari və Könül Nurullayeva da seçkidə iştirak edəcəklər. Onlar müvafiq olaraq 7 saylı Səbail və 24 saylı Nizami birinci seçki dairələrindən namizəd olacaqlar. Hər ikisi VI çağırışda ilk dəfə deputat olublar.

Rasim Musabəyov da seçkidə iştirak edəcək. İndiyədək 3 dəfə deputat seçilən politoloq bu dəfə 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsindən namizəd olacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook