Biz bütün ərazi iddialarına son verməyə əsaslanan regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik - Hikmət Hacıyev
Noyabr 18
10:09
2023
Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiyaya malikdir.
"Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.
Qlobal.az