"Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik" - Kreml
Sentyabr 11
15:23
2023
ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı hələlik heç bir siqnalın olmadığını da söyləyib.
"Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik və biz bunu onunla dialoqda edəcəyik", deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.
Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq, problemlər ola bilər, lakin onlar dialoq çərçivəsində həll edilməlidir.