SON XƏBƏR

“Biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür” - Mirzoyan

Aprel 01
01:05 2024
Çətinliklər, problemlər var, amma biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür.

APA xəbər verir bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Argentinanın "Todo Noticias” telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda sülh müqaviləsi ilə bağlı razılaşdırılmalı olan mühüm məqamlar var.

Mirzoyan Avropa İttifaqı və NATO ilə tərəfdaşlığa dair digər sualları da cavablandırıb. Bildirib ki, İndiki məqamda rəsmi İrəvan demokratik təsisatları gücləndirmək istəyir.
 
Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri də gizlətmək mümkün deyil.

"NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropaya dair istəkləri var və mən Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini sitat gətirmək istərdim: "Aİ-nin bunu mümkün hesab etdiyi qədər Ermənistan Aİ-yə yaxın olmağa hazırdır”, - Mirzoyan qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook