SON XƏBƏR

"Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır" - Hikmət Hacıyev

Avqust 16
13:06 2023
"Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir".

"Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib: "Ona görə də səfərimizi bilavasitə Bərdə-Ağdam-Xankəndi yolundan başladıq. Bu səfər çərçivəsində Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə tanış olacağıq. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır.
 
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başladı. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi. Hətta Azərbaycanın guya yolları blokladığını iddia etdilər. Halbuki Azərbaycan təkcə avtomobil deyil, dəmir yolları da açır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook