SON XƏBƏR

"Biz Rusiyanın təcavüzkar hərəkətlərini durdurmaq şansını necə qaçırdıq" -“The Times”

Avqust 08
12:24 2018
Böyük Britaniyanın "Henry Jackson Society” analitik mərkəzinin tərkibndəki Rusiya və Avrasiya araşdırmaları mərkəzinin direktoru Endryu Foksoll Rusiyanın Gürcüstana təcavüzünün 10 illiyində "The Times” qəzetində yazı qələmə alıb.

Müəllif məhz bu müharibə nəticəsində Rusiyanın bütün dünyaya meydan oxumağa başladığını düşünür.

Endryu Foksoll hesab edir ki, Qərbin müharibənin ilk zamanlarında reaksiyası olduqca təsiredici olub.

Lakin 2008-ci ilin sonunda Avropa Birliyinin Rusiya ilə müzakirələri yenidən bərpa etməsi, 2010-cu idlə NATO-nun Kremllə "yeni strateji tərəfdaşlıq” haqqında razılığa gəlmasi, 2011-ci ildə Böyük Britaniya baş naziri Devid Kemeronun Moskvanı ziyarət etməsi Putin rejiminin əl-qolunu tamamilə açıb.

Müəllif Böyük Britaniyanın və bütövlükdə Avropa Birliyinin rəsmi Moskvaya yanaşma tərzinin gec də olsa tamamilə dəyişdiyini yazıb.

Artıq London və Moskva arasında iqtisadiyyata əsaslanan əlaqələr mövcud deyil. Baş nazir Tereza Meyin söylədiyi kimi, indi Böyük Britaniya üçün Rusiya düşmən ölkə sayılır. Böyük Britaniya Milli Təhlükəsizlik Şurası isə Rusiyanı ən yüksək kateqoriyalı təhdid olaraq müəyyən edib. Parlamentdə isə Rusiya üzrə fəaliyyətin koordinasiya edilməsi üzrə qrup yaradılıb. Bu qrup İcmalar palatasının Rusiyaya qarşı mövqeyini müəyyənləşdirməyə kömək etməlidir.

Müəllfin rəyinə əsasən Rusiya elə əvvəldən Gürcüstan müahribəsindən özü üçün mühüm dərslər çıxarıb. Həmin dövrdən sonra Kreml necə və harda istəyirsə, öz siyasətini yürüdə bilir. Qərb isə heç bir dərs hasil etməyib. Ən pisi isə odur ki, o, bu müharibənin Putin rejiminin aqressiv xarakterindən xəbər verdiyini zamanında dərk etməyib. Buna görə də Avropa paytaxtları, o cümlədən rəsmi London vaxtında əllərini gücləndirəcək və rusların yaratdığı çətinliklərə sinə gəlməyə kömək edəcək addımlardan çəkiniblər.

"On il bundan qabaq Putin rejiminin ABŞ seçkilərinə qarışacağı, Almaniyada informasiya müharibəsi aparacağı, Slovakiyada militarist stildə baykerlərin (motosikletçilər) xüsusi bazasını yaradacağı kimin ağlına gələrdi. Lakin bütün bunlara məhz Qərbin hərəkətsizliyi səbəb olub. İndi biz Rusiyanın son on ildəki davranışlarından nəticə çıxarıb, növbəti on ildə daha ciddi hadisələrin önləməyə hazır olub-olmadığımızı düşünməliyik”, - Foksoll sonda qeyd edir.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook