SON XƏBƏR

"Biz öz oğullarımızı Medvedçukla dəyişə bilmərik" - Ukrayna Prezident Ofisi

Aprel 29
11:29 2022
"Ukraynadakı rusiyayönümlü qüvvələrin lideri Viktor Medvedçukun Moskvada lazımsız olduğu üzə çıxıb”.

"Report” "RBK Uukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "Azadlıq” radiosuna müsahibəsində deyib.

"Medvedçuku nüfuzlu və vacib şəxs kimi qələmə verirdilər. Amma məlum oldu ki, ona praktiki olaraq ehtiyac yoxdur. Biz öz oğullarımızı onunla dəyişlə bilmərik”, - o söyləyib.

Xatırladaq ki, Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk bundan əvvəl Ukrayna və Rusiya prezidentlərinə müraciət edərək onu Mariupolun müdafiəçiləri və mülki şəxsləri ilə dəyişməyi xahiş etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook