SON XƏBƏR

"Bizdə arabanı atın qabağına bağlayırlar" - Ekspertdən rüsum artımına şərh

Oktyabr 18
14:00 2016
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuata açıqlamasında "bəzi məhsullar üzrə gömrük rüsumlarının artırılmasında məqsəd daxili bazarın qorunmasıdır" deyib.

Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, hələlik bu addımlar ancaq qiymətləri artıracaq: "Daxili bazarın qorunması ölkənin iqtisadi siyasətinin tərkib hissəsindən biridir. Sadəcə hər hansı bir qərar verilmədən öncə daxili bazarın həcmi, ehtiyacı ölçülür. Sonra istehsalın həcmi ölçülür və daxili tələbatı ödəyib-ödəməyəcəyi barədə araşdırma aparılır və bundan sonra qərar verilir. Azərbaycanda belə bir araşdırmanın nə Dövlət Gömrük Komitəsi tərəfindən, nə də hökümət tərəfindən aparılmasının şahidi olmamışam. Bu gün yerli istehsalçıların özünə də şərait  yaranıb ki, istehsalı artırmadan qiymətləri artırsınlar. Çünki xaricdən alınan malların qiyməti dəyişəcək. 

Xaricdən gələn toyuq məhsullaırnın qiyməti artarkən daxili istehsalçı da qiyməti artıracaq. çünki onların da öz arqumentləri var. Yemin böyük hissəsi, dərmanlar və müəyyən qablaşdırmalar xaricdən alınır. Bunların hamısı üçün xarici valyuta ödəməli olurlar. Xarici valyutanın bahalaşması isə qiyməti artırır".

Ekspert vurğulayıb ki, ilk növbədə bazarın tələbatını ödəyəcək istehsal sahələri yaradılmalı və gücləndirilməli idi: "Bundan sonra daxili bazarı qorumaq adı altında gömrük rüsumlarında müəyyən  dəyişiliklər edilsin. Təəssüf ki, bizdə bir çox şey tərsinə baş verir. Obrazlı desək "arabanı atın qabağına bağlayırlar". Bu da çox zaman nəzərdə tutulduğundan daha pis nəticələrə gətirib çıxarır. İlkin olaraq  bu gün atılmış addımın məntiqi daxili bazarın qorunmasına yönəlsə belə, daha pis nəticələrə gətirib çıxarır. Daxili bazarda qiymətlərin artımına səbəb olcaq qərarlardır. Bir çox sahələrdə xaricdən aslılığımız var. Daxili istehsalımız hələ çox zəifdi. Daxili istehsalı gücləndirdikdən sonra daxili bazarı qorumağa yönəlik addımlara ehtiyac olardı".


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook