“Bizdə də Türkiyədəki kimi ola bilər” – Putin pul siyasətindən danışdı
Dekabr 23
15:07
2021
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi geniş mətbuat konfransında ölkəsinin Mərkəzi Bankının maliyyə-pul siyasətinə toxunub.
"AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, V.Putin son günlərdə Türkiyə milli valyutası ilə bağlı yaşanan durumun ölkəsində təkrar olunmasını istəmədiyini bildirib. Rusiya Mərkəzi Bankının bəzən sərt monetar siyasət yürütdüyünü və biznes dairələrinin bunun əleyhinə olduğunu qeyd edən Putin rublun dayanıqlığını təmin etmək üçün başqa yolun olmadığını deyib: "Əlbəttə, burada Mərkəzi Bankı söymək olar. Mən hər gün real iqtisadiyyatdakı həmkarlarımla təmasdayam. Mən bilirəm, onlar Mərkəzi Bankı necə söyürlər və onların arqumentlərini də bilirəm. Mən faiz dərəcələrinin artmasından real sektorun narazı qaldığını da bilirəm. Ancaq bu edilməsə, bizdə də Türkiyədəki kimi ola bilər, problem bundadır”.