SON XƏBƏR

Blinken Çavuşoğlunu müzakirələr üçün ABŞ-a dəvət edib

Aprel 08
02:19 2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken onu mayın 18-də Vaşinqtona səfərə dəvət edib.

Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz ABŞ-la yeni növ F-16-ların alınması ilə bağlı danışıqlar aparırıq, danışıqlar yaxşı gedir. Onlar Rusiya Federasiyasından alınan S-400-lərdən narazılıqlarını davam etdirirlər, lakin bu sövdələşmənin həyata keçirilməsinin NATO üçün vacib olduğunu da etiraf edirlər”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Çavuşoğlu həmçinin vurğulayıb ki, ABŞ rəsmisi ilə görüşdə digər məsələlər də müzakirə ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook