SON XƏBƏR

Blinkenin köməkçisi Bakıya gəlir

Dekabr 05
09:43 2023
ABŞ-nin dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O'Brayn Bakıda "Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”.

Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək. Orada o, "qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək” niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook