“Bloomberg” Azərbaycana qarşı səhvə yol verdi
Fevral 15
00:35
2017
Yanvar ayı ərzində OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 93% əməl edib.
"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi tərəfindən aparılan araşdırmanın nəticələri göstərir.
Başqa sözlə, OPEC ölkələri sutkalıq hasilatı 1,078 mln. barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 mln. barel/sutkada olub.
Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48% əməl edilib.
"Bloomberg" agentliyinin OPEC və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib.
Qlobal.az