"Bloomberg": Azərbaycandan neft hasilatının məhdudlaşdırılmasını gözləyirlər
Noyabr 24
00:30
2016
Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək. Bu barədə öz mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.
Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir.
Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib.
Başqa bir mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.