BMT İrana nüvə proqramı ilə bağlı çağırış edib
Dekabr 16
07:50
2021
"BMT İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə hərtərəfli fəaliyyət planının bütün aspektlərinə əməl etməsini tələb edir və hər iki qurumu konstruktiv şəkildə əməkdaşlığa çağırır. İranın nüvə proqramı ilə bağlı yaranmış narahatlıqlara və bununla əlaqədə ortaya çıxmış suallara niyə cavab vermədiyini araşdırırıq. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyindəki əməkdaşları ilə əlaqədə saxlamışıq və onlardan cavab gözləyirik”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq keçirdiyi mətbuat konfransında deyib. O, İranı nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə uyğun addımlar atmağa çağırıb: "Biz İranın nüvə proqramı ilə əlaqədar bütün aspektlərdə niyyətinin açıq və şəffaf olmasını istəyirik”.