BMT Myanma hakimiyyətini yandırılaraq öldürülən 35 sakinlə bağlı faktı araşdırmağa çağırıb
Dekabr 27
11:05
2021
"Myanma hakimiyyəti Karen ştatında yanmış cəsədləri tapılan 35 nəfərin ölümünü dərhal araşdırmalıdır”.
APA xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits açıqlamasında deyib.
O, həmçinin, iddia edilən günahkarların ən qısa zamanda ədalət qarşısına çıxarılmasını tələb edib: "Dekabrın 24-də Karen ştatında mülki şəxslərə hücumlarla bağlı xəbərlərdən dəhşətə gəldim. Etibarlı mənbələrdən verilən məlumata görə, azı 35 nəfər, o cümlədən bir uşaq avtomobilindən zorla düşürülərək öldürülüb və yandırılıb”.
BMT baş katibinin müavini əlavə edib ki, Myanmadakı hərbi qurumlar mülki əhalinin müdafiəsi üçün bütün zəruri tədbirləri görməlidir.