SON XƏBƏR

BMT qlobal ərzaq böhranını müzakirə edəcək

May 16
10:26 2022
Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

"Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

"Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək", - o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook