SON XƏBƏR

BMT Rohinca müsəlmanlarını müdafiə edibmi?

Oktyabr 02
12:03 2017
BMT-nin Myanmadakı rəhbərliyi hökumətlə Rohincalıların hüquqlarının müzakirəsini dayandırmağa çalışıb, BMT-dəki mənbələri və yardım qrupu BBC-ə məlumat verib.

BMT-nin bir keçmiş rəsmisi deyib ki, BMT-nin Myanmadakı (Birma) rəhbəri insan hüquqları müdafiəçilərinin həssas Rohinca bölgələrini ziyarət etmələrinə mane olmağa çalışıb.

500 mindən çox Rohinca, Ordu tərəfindən hücuma məruz qaldıqdan sonra Banqladeş düşərgələrinə pənah aparıb.

Myanmadakı BMT rəhbərliyi BBC-nin araşdırmasına "qəti narazılıq" bildirib.

Rohinca müsəlmanları Banqladeşə getməyə başladığı aydan bəri, BMT cavabların ön planında idi. Təşkilat zərərçəkmişlərə yardım edir və Birma hökumətini qınayan bəyanatlar verirdi.

Lakin BMT daxilində və Myanma ilə onun kənarında yardım sahəsində çalışanlar BBC-ə deyiblər ki, hazırkı böhrandan 4 il öncə BMT-nin ölkələr üzrə komandalarına rəhbərlik edən (UNCT) Renata Lok-Dessallien adlı kanadalı aşağıdakılara cəhd göstərib:

Rohinca bölgələrinə yollanan hüquq müdafiəçilərinin səfərinə yol verməmək

Movzü ilə əlaqədar ictimai kampaniyanın qarşısını almaq

Etnik təmizləmənin mümkünlüyü barədə xəbərdar etməyə çalışan heyət üzvlərini təcrid etmək

Bir yardım işçisi - Caroline Vandenabeele əvvəllər də xəbərdarlıq əlamətləri görüb. O, 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində Ruandada işləyib və ilk dəfə Myanmaya gəldikdə də oxşar narahatlıq əlamətlərini hiss edib.

"Mən Rakxayn və Rohinca haqqında söhbət edən Birma iş adamları və xaricilərlə eyni qrupda idim və birmalıların biri dedi ki, "onlar it olduğundan biz onları öldürməliyik". Mənim üçün, insanların bu dərəcədə dehumanizasiyası cəmiyyətin bunu normal qəbul etdiyi səviyyəyə gəlib çatmasıdır".

Əfqanıstan, Pakistan, Şri-Lanka, Ruanda və Nepal kimi münaqişə zonalarında xidmət edən xanım Vandenabeele ilə bir ildən çoxdur ki, əlaqə saxlayıram.

2013 və 2015-ci illər arasında ona Myanmada UNCT-da mühüm iş vəzifə verildi. O, hazırda xanım Dessallien-ın tutduğu, ölkə koordinatoru işinə - BMT-nin ölkədə ən yüksək vəzifəli məmuru postuna gəldi.

2012-ci ildə, Rohinca müsəlmanları ilə Rakxayn Buddistlər arasındakı qarşıdurmalar, dövlət paytaxtı Sittwe ətrafında düşərgələrdə 100-dən çox insanın ölümünə və 100,000-dən çox Rohinca müsəlmanının düşərgələrdə yaşamasına səbəb oldu.

Bəzi rohincalar hər şeyi arxada qoyaraq gecə ilə qaçmalı olublar

O zamandan bəri münaqişədə mütəmadi gərginləşmə yaranırdı və ötən il meydana rohincaların hərbi qrupu çıxdı.

Yardım təchizatının əleyhinə olan Rakxayn buddistlərinə görə rohincalara yardım çatdırmaq çətinləşirdi. Onlar bəzən yolları kəsir və hətta avtomobillərə hücum edirdilər.

Bu rohincalara yardım çatdırmaq üçün hökumət və buddist icmasının əməkdaşlığına möhtac BMT və onun agentlikləri üçün mürəkkəb vəziyyət təşkil edirdi.

Eyni zamanda onlar anlayırdı ki, rohincaların dövlətsizliyi və insan haqlarına dair söhbət bir çox buddisti məyus edə bilərdi.

Beləliklə, üstünlük, uzunmüddətli strategiyaya verildi.

Bu qərar verilərkən BMT və beynəlxalq ictimaiyyət ümid edirdi ki, rifahın artması ilə gərginlik səngiməlidir.

BMT işçiləri üçün bu demək idi ki, rohincalar məsələsinə dair ictimai bəyanatlar az qala tabuya çevrilir. Bu dövrdə Rakxayn haqqında BMT açıqlamalarında rohinca sözündən istifadə olunmayıb.

Banqladeşli ifadəsinə üstünlük verən Myanma hökuməti isə rohinca sözünü işlətmir və onları ayrıca qrup olaraq tanımır.

Myanmada işlədiyim illər ərzində rohincalar barədə səmimi danışmağa cəmi bir neçə BMT əməkdaşı həvəs göstərib.

Hazırda isə BMT-nin Myanmadakı fəaliyyəti ilə bağlı araşdırma rohinca probleminin hətta bağlı qapılar arxasında da bir kənara qoyulduğunu göstərir.

Yüksək səviyyəli BMT görüşlərində rohinca məsələsini qaldırmaq demək olar ki, qeyri-mümkün idi, Myanmada işləyən bir neçə mənbə BBC-ə bildirib.

İyun ayında BMT xanım Dessallien-in yeni işə keçirildiyini və bunun vəzifə xidmətlərinin yerinə yetirilməsi ilə bağlı olmadığını bildirib.

Banqladeş qaçqınlar axınına tab gətirə bilmədiyini bildirir

Bundan üç ay keçmiş, Myanma onun yerinə təklif olunan namizədi rədd etdikdən sonra xanım Dessallien hələ də ölkədə ən yüksək BMT rəsmisidir.

O, BBC-ə bu məqalə ilə bağlı müsahibə verməkdən imtina edib.

"O, ədalətli baxışa malikdir və qərəzli deyil", - Myanmanın de-fakto lideri Aung San Suu Kyi-ə yaxın olan sabiq generallardan biri bildirib.

Mövzu ilə bağlı yazının hazırlanmasından xəbər tutan 10 ölkənin səfiri xanım Dessallien-ə öz dəstəyini bildirib. BBC-ə müvafiq e-mail göndərən diplomatlar arasında Britaniya və ABŞ səfiri də var.

BBC-ə danışan mənbələrdən biri deyib ki, BMT Rakxayndakı vəziyyətə dair fəaliyyətilə bağlı araşdırmaya hazırlaşır.


Mənbə: BBC



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook