SON XƏBƏR

BNA-nın avtobuslarına aparat alan şirkətlə Vüsal Kərimlini nə birləşdirir? - SƏNƏD

Fevral 15
18:06 2020
Bakı Nəqliyyat Agentliyinin təchizatçı şirkətlərindən biri olan "K GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin sədrinin qanuni təmsilçisi olduğu şirkətlərlə eyni hüquqi ünvanda yerləşir. 
 
Qlobal.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.
 
"Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş "GLOBAL VALUE GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir.
 
Şirkət Bakı şəhəri Xətai rayonu, Sabit Orucov, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.

BNA rəhbərinin təsis etdiyi daha bir şirkət - "GMSA" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı ŞƏHƏRİ NƏSİMİ RAYONU, 20 YANVAR, ev 3, m. 13-dədir.

Vüsal Kərimlinin təsisçisi olduğu "GMSA" MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında "K GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarından biridir, avtobuslara kart oxuyan cihazlar - validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.
 
Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş "İTPRO SOLUTİONS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir".
 
Bakı Nəqliyyat Agentliyi məsələyə münasibət bildirməyib. 
 
Qlobal.az
 

 

 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook