SON XƏBƏR

BOK transgender idmançılarla bağlı yeni qaydalar qəbul etdi

Noyabr 19
13:30 2021
Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgender və interseks inklüzivliyi ilə bağlı yeni qərar çıxarıb.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, bu qaydalar idmançıların yarışlarda iştirakının uyğunluğu ilə bağlı dəyişikliyə hesablanıb. Qərara əsasən transseksual idmançılardan öz sahələrində yarışmaq üçün artıq hormon müalicəsindən keçmələri tələb olunmayacaq. Bununla yanaşı, fərdi idman növlərində tərtib olunan qaydaların necə tətbiq ediləcəyi ilə bağlı son sözü məhz BOK söyləyəcək. Qaydalar təsdiqlədikdən sonra tənqidlə qarşılanıb. 10 bənddən ibarət sənədə bu hallar "Ardıcıl, ədalətsiz və qeyri-mütənasib rəqabət üstünlüyü və/və ya idmançıların təhlükəsizliyi üçün qarşısı alına bilməyən risk" adı altında əlavə edilib. Bu o deməkdir ki, təşkilatçılar belə halların təhlükəsizliyə zidd olmasını əsaslandıra bilsələr, transgender idmançıların öz idman növləri üzrə qadın kateqoriyasında yarışmasının qarşısı alına bilər.

BOK-un idmançılar departamentinin direktoru Keveh Mehrabi yeni qaydalarla bağlı açıqlamasında deyib: "İdmançıların çərçivəyə salınması hüquqi baxımdan məcburi deyil. Bizim bütün beynəlxalq federasiyalara təklif etdiyimiz şey təcrübəmiz və dialoqumuzdur. Bu, hər bir federasiyanın ayrı-ayrılıqda keçməli və nəyin tələb edildiyini görməli olduğumuz bir prosesdir".

Transgenderlərlə bağlı qaydalar Tokioda keçirilən və sözügedən cinsə məxsus olan idmançıların da iştirak etdiyi Olimpiya Oyunlarından sonra gündəmə gəlib. Yeni Zelandiyadan olan ağır atlet Laurel Hubbard səhnəyə çıxandan sonra o, Yay Oyunlarında iştirak edən ilk transgender qadın ünvanına yiyələnib. 2017-ci ildə Dünya Ağır Atletika Çempionatında gümüş medal qazanan, 43 yaşlı Hubbard üç uğursuz cəhddən sonra öz qrupunda sonuncu yeri tutmuşdu.

BOK-un yeni qaydaları, 2018-ci ildən bəri qadınlar arasında keçirilən yarışlarda iştirak etməsi qadağan olunmuş cənubi afrikalı Kaster Semenya kimi idmançılara da şamil ediləcək. Dünya Atletika Federasiyası, Semenya kimi idmançılarının testosteron səviyyələrini azaltmaq üçün dərman qəbul etməli olduqlarını, əks təqdirdə onların qadınlar arasında 400, 800 və 1500 metr məsafəyə yarışlarda iştirakına icazə verilməyəcəyini bildirmişdi. BOK daha əvvəl trans qadınlara yarışmaq üçün ən azı 12 ay ərzində testosteron səviyyəsinin 10 nanomoldan aşağı salmağı tövsiyə edirdi.

BOK-un tibbi direktoru Riçard Budcet isə 2021-ci ildə bu siyasətin artıq düzgün olmadığını bildirib: "Sizin ümumiyyətlə testosterondan istifadə etməyinizə ehtiyac yoxdur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook