Bolqarıstanda türk azlığın triumfu: Balkan dövləti Avropanı yaxud Rusiyanı seçəcək?
Dekabr 06
00:44
2021
"Bolqar Dodon” adlandırılan Bolqarıstan prezidenti Rumen Radevin Krımı Rusiyanın ərazisi sayması ciddi rezonans doğurub. Bəzi ekspertlər iddia edirlər ki, Bolqarıstan on iki illik fasilədən sonra xarici siyasətdə köklü dəyişiklik edərək Rusiya xəttini götürür.
Şərqi Avropanın ən sabit ölkəsi kimi tanınan Bolqarıstan sürətlə bu statusu itirmək üzrədir. Gərginliyə səbəb isə təkrar prezident seçilən Rumen Radevin səsləndirdiyi qalmaqallı bəyanatlardır. "Moskva düşmən deyil” deyən, ən əsası, Krımı Rusiyanın ərazisi sayan prezidentin qalmaqallı bəyanatı həm Ukraynada, həm də Birləşmiş Ştatlarda ciddi tənqid olunub. Qarşılıqlı etiraz notaları səslənib, Sofiyanın Kiyevdəki səfiri Ukrayna XİN-ə çağırılıb. Dərhal da ekspert dairələrində tələm-tələsik belə bir fikir səslənib ki, Bolqarısan on iki illik fasilədən sonra xarici siyasətdə köklü dəyişiklik edərək Rusiya xəttini götürüb. Baş verənlərin Bolqarıstanın Rusiya, Ukrayna, eləcə də, Qərblə münasibətlərdə hansı nəticələrə gətirib çıxaracağı çoxsaylı suallar doğurub. Lakin Bolqarıstan əhalisinin rusiyayönümlü xarici siyasəti dəstəklədiyini də iddia etmək düz deyil. Birincisi, bolqarları hazırda xarici siyasətdən çox, ölkə iqtisadiyyatı və sosial problemlər maraqlandırır. Vəziyyət o qədər ağırlaşıb ki, ölkə iqtisadi cəhətdən Avropa İttifaqının üzvü olmayan Albaniyadan da geri qalır.
Bir faktı da qeyd edək ki, "Bolqar Dodonu” adlandırılan prezident Radevin vəziyyəti elə də qənaətbəxş sayılmır. Parlament respublikası olan ölkədə prezident ciddi səlahiyyətlərə malik deyil. Artıq çoxları ölkədəki vəziyyətin Moldovanı xatırlatdığını da deyir. Bəllidir ki, orada da uzun müddət qərbpərəst baş nazir Mayya Sandu ilə prezident İqor Dodon arasında qarşıdurma yaşanmışdı və proses bu yaxınlarda birincinin qələbəsi ilə başa çatıb. İndi Bolqarıstanın Moldova təcrübəsini yaşayacağını söyləmək çətin olsa da, hər halda, belə bir ssenarinin baş verəcəyi istisna edilmir. Maraqlıdır ki, "ağıl və vətənpərvərlik apatiya və yalanı üstələdi” deyən prezidentin bu pafoslu sözlərini elə də ciddi saymırlar. Radev isə iddia edir ki, seçkilər bolqarların dəyişikliklərə can atmasını, korrupsiya, qarət və qanunsuzluqlara son qoymaq, mafiyanı aradan qaldırmaqda israrlı olduğunu təsdiqləmiş oldu.
Yeri gəlmişkən, seçkilərdə türk azlığın əldə etdiyi nəticə də sensasiya hesab edilir. Belə ki, üçüncü yeri 13 faiz səslə və 44 mandatla türk azlığın "Hüquq və Azadlıq uğrunda Hərəkat”ı qazanıb. Diaspora partiyaları içərisində bu partiya lider olub. Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dəfə bu partiyanın onlayn konfransında iştirak etməsinin də mühüm amil olduğu bildirilir. Bu səbəbdən də, Qərbdə çoxları hesab edir ki, bu siyasi qurum ölkədə Türkiyənin təsir rıçaqına çevrilə bilər. Bolqarıstan hakimiyyəti dərhal iddia edib ki, Ankara yerli seçkilərə fəal şəkildə müdaxilə edib. Maraqlıdır ki, bu iddia ölkədəki türk azlığın maraqlarını müdafiə edən partiyanın qələbə qazanmasından sonra baş verib. Bu partiyanın sədri, xatırladaq ki, Bolqarıstan prezidentliyinə namizəd Mustafa Karadayıdır. 51 yaşlı Mustafa Karadayı Sofiyada Beynəlxalq İqtisadiyyat Universitetini bitirib. Universitet illərindən siyasi fəaliyyətlə məşğul olub. 1998-2003-cü illərdə partiyanın gənclər təşkilatlarının rəhbəri olub. Bir müddət Bolqarıstanın Özəlləşdirmə Agentliyində işləyib. 2010-cu ildə partiyanın təşkilatlanmasına məsul baş katib olub. 2013-cü ildə millət vəkili seçilib. 2016-cı ildə partiyanın başqanı olub.
Belə deyək ki, Sofiya qəzəblənib və çaşqınlıq içərisindədir - 2011-ci ilin siyahıya alınmasına görə Bolqarıstan əhalisinin 8,5%-ni (588 000 nəfər) təşkil edən etnik türklər, bolqar siyasətçilərin gözləmədiyi halda ciddi siyasi qüvvəyə çevrilib. Axı Türkiyənin özündə də Bolqarıstan vətəndaşlığı olan, yəni seçkilərdə səsvermə hüququna malik 350 min etnik türk yaşayır. Bolqarıstan hakimiyyətinin bu rəqəmlərdən istifadə edərək Amerika ssenarisi ilə getmək, yəni üçüncü tərəfi seçkilərə müdaxilədə ittiham etmək cəhdləri elə də inandırıcı görünmür. Və bu, daha çox Ankaranın hər hansı bir niyyətini yox, Bolqarıstan isteblişmentinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını təmin edəcək inkişaf proqramını formalaşdıra bilməməyini nümayiş etdirir.
Görünən odur ki, 350 minlik Bolqarıstan vətəndaşı olan etnik türklər ölkədə baş verənlərlə bağlı məlumatlara ehtiyac duyub və Türkiyə mətbuatı da bu məlumatı onlara obyektiv şəkildə təqdim edib. Hər şey hüquqi prosedurlar çərçivəsində olub - seçimi də Bolqarıstan vətəndaşları edib. Və onlar Bolqarıstan prezidentliyinə və vitse-prezidentliyinə 24 namizəddən yalnız Mustafa Karadayını və etnik bolqar İskra Mixaylovanı millətin vəhdət rəmzi kimi dəyərləndiriblər.
Bununla da "bolqarlaşdırma” adlanan, yaxud Todor Jivkovun kommunist rejimi zamanı "etnik türklərin özlərinin bolqar köklərinə qayıtması” kimi qələmə verdiyi faciəvi tarixçəyə nöqtə qoyulub. Həmin hadisələr hələ yaddaşlardan silinməyib. Köklü bolqarların türk azlığa ehtiyatlı münasibəti qalmaqdadır, isteblişmentin müəyyən hissəsi isə Bolqarıstan türklərinin qanuni hüquqlarının reallaşmasına hər yolla mane olur. Odur ki, seçkilərə hansı müdaxilədən danışmaq olar? Bolqarıstan türkləri, sadəcə özlərinə olan ədalətsiz münasibətdən hüquqi çıxış yolu axtarırlar.
Bu barədə Kaspi qəzetində məqalə dərc olunub.