SON XƏBƏR

Bolqarıstanın Baş naziri Azərbaycan qazının sərfəli olacağını bildirib

May 16
10:30 2022
Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycandan alınacaq təbii qazın qiymət baxımından sərfəli olacağını bildirib.

Bu barədə "Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir.

"May ayı üçün təbii qazın qiyməti 15 % bahadır, lakin iyunda bu, aprel ayı səviyyəsində olacaq. Həmin vaxt Yunanıstanla sazişin hazır olub-olmamasından asılı olmayaraq Azərbaycandan təbii qaz daxil olmağa başlayacaq”, - Baş nazir əlavə edib.

O, qeyd edib ki, Amerika şirkəti ilə razılaşdırılmış təbii qaz artıq yoldadır.

"Gəmilər getdi. Onların hara yan alacaqlarını, qiymətin nə olduğunu bilirik”, - Kiril Petkov qeyd edib.

Baş nazirin sözlərinə görə, ABŞ-dan qazın qiyməti meqavat-saat üçün 26 dollar, Avropada bir meqavat-saat üçün 100 avro, "Qazprom”dan isə 72 avro olmaqla razılaşdırılıb:

Plana görə, gəmilər iyunun 8-i və 23-də gəlməlidir. Lakin Petkov gəmilərin harada olduğunu açıqlamaq istəməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook