"BP" yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb
Mart 07
11:49
2018
Neftin qiymətinin yaxın bir neçə ildə 50-65 dollar/barel arasında dəyişməsi ən real variant kimi kimi görünür.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla dünyanın nəhəng neft şirkətlərindən biri olan "BP"nin rəhbəri Bob Dadli (Bob Dudley) ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında çıxış edib.
"Neftin qiymətinə dair proqnoz vermək çətinbdir. Lakin, düşünürəm ki, 50-65 dollar/barel diapazonu müəyyənləşəcək", - deyə o, qeyd edib.
Xatırladaq ki, "BP" rəhbəri, Beynəlxalq Enerji Agentliyi (IEA) kimi neftin gələcək qiymətləri ilə bağlı "uzun müddət aşağı" proqnozunu müdafiə edir.