SON XƏBƏR

"BPA-ya üzv dövlətlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir" - Kamran Əliyev

Sentyabr 30
05:57 2024
Böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının açılışında deyib.

Baş prokuror bildirib ki, dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq:

"Ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook