Braziliya prezidenti Makronu Sarkozi ilə səhv saldı
Mart 27
15:01
2024
Braziliya prezidenti Lula da Silva açıq tədbirdə ölkədə rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makronu 2007-2012-ci illərdə işləmiş keçmiş dövlət başçısı Nikola Sarkozi ilə səhv salıb.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
"Bu axşam Sarkozi və mən Rio-de-Janeyroya gedəcəyik" deyə Braziliya lideri Amazon hindularının liderini mükafatlandırmaq üçün Makronla birgə tədbirdə qeyd edib.
Mərasim iştirakçıları Lula da Silvanın sözlərinə düzəlişlər ediblər. Bundan sonra o, səhvini düzəldib.
Bundan əvvəl "Bloomberg" yazıb ki, Fransa prezidenti Emmanuel Makron Braziliyaya üç günlük səfəri zamanı ölkənin Ukraynadakı münaqişə ilə bağlı mövqeyinə təsir göstərməyə çalışacaq:
"Fransa rəsmilərinin fikrincə, Makron Braziliyanı inkişaf etməkdə olan güclər arasında əsas oyunçu kimi görür, xüsusən də o, dünyanın ən böyük iqtisadiyyatlarının əksəriyyətinin daxil olduğu G20-yə sədrlik edir".