Braziliyada senatorlar prezidentə qarşı cinayət ittihamlarını təsdiqləyiblər
Oktyabr 27
07:18
2021
Braziliya Senatının xüsusi komissiyası pandemiya fonunda prezident Jair Bolsonaruya qarşı doqquz cinayətdə ittihamları səs çoxluğu ilə təsdiqləyib.
"Report” xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Səsvermənin nəticələrinə görə komissiyanın rəhbəri senator Omar Asis yeddi nəfərin dörd nəfərə qarşı olduğunu deyib.
Təqsirləndirilən şəxslərin siyahısında prezidentin üç övladı, indiki və keçmiş nazirlər, federal deputatlar və iş adamları da var. Prosedur koronavirusdan ölən 606 min insanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.
İndi Senat Komissiyasının Bolsonaru və digərlərinə qarşı hesabatı Baş Prokurorluğa, Ştat Prokurorluğuna və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verə biləcək məhkəmə sisteminə göndəriləcək.