SON XƏBƏR

Brilyant Dadaşova: “İlhamə məni hər zaman pislədi”

Fevral 29
16:18 2016
Xalq artisti Brilyant Dadaşova fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva haqqındakı ürək sözlərini sosial şəbəkədəki dostları ilə bölüşüb.
 
Oxu.az xəbər verir ki, Dadaşova primadonnanın hər zaman onu pislədiyini yazıb: "Əziz dostlar! Qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim. O məni hər zaman pislədi. Yalnız biz onun səsi ilə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin”.
 
Xatırladırıq ki, İlhamə Quliyevanın ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook