SON XƏBƏR

Britaniya "Brexit"dən sonra anti-Rusiya sanksiyalarının pozulmasına görə cəza tətbiq edib

Aprel 17
13:06 2019
Böyük Britaniya anti-Rusiya sanksiyalarının reqlamentini hazırlayıb. Reqlament maddələrindən birində sanksiya rejimini pozanlara 10 ilə qədər həbs cəzası veriləcəyi əksini tapıb.

"Report" xəbər verir ki, müvafiq sənəd Britaniya hökumətinin saytında dərc edilib.

Yeniliklər Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra qüvvəyə minəcək.

Reqlament həmçinin Britaniya hökumətinin müəyyən şəxsi sanksiya siyahısına daxil etməyi gizli saxlamasını nəzərdə tutur ki, bu da ölkənin milli təhlükəsizlik və beynəlxalq əlaqələri üzrə maraqlarına əsaslanır. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook