Britaniya bu ölkədəki səfirliyini rekord qiymətə satdı
Fevral 02
00:23
2018
Böyük Britaniya Banqkok şəhərindəki səfirlik binaları kompleksini 420 milyon funt sterlinqə (597 milyon ABŞ dolları) satacaq. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu, Tailandın daşınmaz əmlak bazarı tarixində rekord məbləğdir.
Böyük Britaniya bir neçə küçəni əhatə edən ərazini 1921-ci ildə satın alıb. O vaxt Tailand paytaxtının kənarında yerləşən həmin ərazi hazırda aktiv inkişaf edən işgüzar mərkəzə çevrilib. Hündürlükdən baxanda səfirliyin alçaq binaları göydələnlərin arasındakı parkı xatırladır.
2019-cu ilin əvvəlində səfirlik əməkdaşları Banqkokun digər işgüzar rayonundakı yeni ofis binasına köçəcəklər.