Britaniya əsgərlərinin cinsi təcavüz cinayətləri üzə çıxdı: Gizli sənədlər
Noyabr 18
12:02
2019
İngilis əsgərlərinin Əfqanıstan və İraqda törətdiyi hərbi cinayətlər rəhbərlik tərəfindən gizlədilib.
Qaynarinfo xəbər verir ki, bu hqda "The Sunday Times" məlumat yayıb.
Nəşrin əlində olan gizli sənədlərdə deyilir ki, Britaniyanın xüsusi təyinatlı hava-desant xidmətinin əsgərlərindən birinin qətllərdə iştirak etməsinə dair sübutlar tapılıb.
Bundan əlavə, "Black Watch” batalyonunun fiziki zorakılıq, işgəncə və cinsi istismar hadisələrində iştirak etdiyi məlum olub.
Öz növbəsində İngiltərə Müdafiə Nazirliyi istintaq işinin tez bir zamanda bağlanmasına nail olmaq üçün təzyiq göstərib. Lakin indi aşkar olunan məlumatlar Beynəlxalq Cinayət Məhkəməsinin bu cinayətləri araşdıracağına səbəb ola bilər.