Britaniya hüquqşünaslara Rusiya şirkətlərinə məsləhət verməyi qadağan edib
İyun 30
02:43
2023
Böyük Britaniya Rusiya ilə bağlı fiziki və hüquqi şəxslərin ölkənin hüquq ekspertizasına girişinə qadağa qoyulduğunu elan edib.
Belə ki, bu gündən etibarən britaniyalı hüquqşünaslara Rusiya şirkətlərinə müəyyən biznes əməliyyatları üzrə məsləhət vermək qadağan olunacaq.
Britaniya rəsmiləri bildiriblər ki, sanksiyalar Rusiyanın qlobal korporasiyalar arasında ticarət sövdələşmələrindən tutmuş beynəlxalq pul kreditlərinə qədər hər şey üzrə hüquqi məsləhət almaq qabiliyyətinə təsir göstərə bilər.
Qadağaları elan edən Böyük Britaniya Ədliyyə Departamenti, Rusiyanın lazımi araşdırma üçün Qərb ölkələrindən çox asılı olduğunu bəyan edib.