Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
Dekabr 08
15:50
2022
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.
"Ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır",- deyə "Anglo Asian”dan bildirilib.
Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.