Britaniya Ukraynaya daha 2,3 milyardlıq hərbi yardım göstərəcək
Sentyabr 20
10:13
2022
Böyük Britaniya 2023-cü ildə Ukraynaya 2,3 milyard funt-sterlinq (2,63 milyard dollar) məbləğində hərbi yardım ayırmaq niyyətindədir.
"Report" xəbər verir ki, məlumatı "Financial Times" yayıb.
Qeyd olunub ki, Britaniyanın Baş naziri Liz Tras bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyasında qarşıdan gələn il Ukraynaya ediləcək yardımı açıqlayacaq.
Xatırladılıb ki, sentyabrın əvvəlində Liz Tras Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Londonun uzun perspektivdə Kiyevə dəstək verəcəyini vurğulayıb. Krallığın keçmiş Baş naziri Boris Conson isə ölkəsinin Ukraynaya əlavə olaraq 1 milyard funt-sterlinq (1,2 milyard dollar) ayıracağını deyib.