SON XƏBƏR

Britaniya Ukraynaya gizli şəkildə yeni “Storm Shadow” partiyası göndərib - Bloomberg

Noyabr 26
11:41 2024
Böyük Britaniya ötən günlərdə Ukraynaya uzun mənzilli qanadlı raketlər olan "Storm Shadow” silahlarının yeni partiyasını təhvil verib.  

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, bu təchizat Britaniya hökumətinin Ukrayna Silahlı Qüvvələrinin bu raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarından əvvəl baş verib. Eyni zamanda, ABŞ hökuməti də öz uzun mənzilli raketləri ilə bağlı analoji qərar qəbul edib.  

Mənbələrin bildirdiyinə görə, söhbət onlarla "Storm Shadow” raketindən gedir. Lakin təhlükəsizlik səbəbindən raketlərin dəqiq sayı və nə vaxt göndərildiyi açıqlanmayıb.  

Yeni raket partiyasının Ukraynaya təhvil verilməsi Britaniyanın yeni Baş naziri Kir Starmerin rəhbərliyi dövründə ilk dəfə baş verib. Starmer Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün köməyi davam etdirəcəyini vəd edib.  

"Məsələ ilə bağlı ictimai açıqlama verilməsə də, təchizat bir neçə həftə əvvəl həyata keçirilib və raketlərin ehtiyatı tükəndikdən sonra sifariş edilib", – deyə mənbələr bildiriblər.  

Qeyd edək ki, bir neçə gün əvvəl ISW (Müharibə Araşdırmaları İnstitutu) Qərb istehsalı olan uzun mənzilli raketlərin Ukrayna Silahlı Qüvvələrinə çoxsahəli müasir müharibəni daha effektiv şəkildə aparmağa kömək edəcəyinə əminliyini ifadə edib.  

WSJ isə Rostov vilayətində ATACMS və ya "Storm Shadow” raketlərinin zərbə endirə biləcəyi "strateji əhəmiyyətli” dörd hava limanının olduğunu vurğulayıb.  

Bununla belə, "The Times” hesab edir ki, ”Storm Shadow” raketləri və onların Rusiya ərazisinə zərbələr üçün istifadəsinə icazə verilməsi müharibənin gedişatını dəyişdirmək üçün kifayət etməyəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook